Azərbaycanın futbol millisi Zaqreb şəhərinə çatıb

Futbol
  • 19 mart, 2019
  • 16:54
Azərbaycanın futbol millisi Zaqreb şəhərinə çatıb

Xorvatiya yığması ilə keçirəcəyi futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə oyunu ilə əlaqədar səfərə çıxan Azərbaycan milli komandası Zaqrebə çatıb.

"Report"un matça ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə, təqribən, 4 saatlıq uçuşun ardından Zaqreb hava limanına enib.

Yığma martın 20-də "Maksimir" stadionunda məşqə çıxacaq. Ertəsi gün Bakı vaxtı ilə saat 23:45-də isə Xorvatiya - Azərbaycan matçı start götürəcək.