Azərbaycanın FIFA referisi növbəti təyinat alıb

Futbol
  • 21 oktyabr, 2024
  • 06:08
Azərbaycanın FIFA referisi növbəti təyinat alıb
Kamal Umudlu

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Ədalət təmsilçisi oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.