Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

Futbol
  • 06 sentyabr, 2022
  • 07:07
Azərbaycanın FIFA referisi Konfrans Liqasının oyununu idarə edəcək

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Slovakiyada "Slovan" (Bratislava) və Litvanın "Jalqris" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununu idarə edəcək.

Cabarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 8-də baş tutacaq.

44 filmi