Azərbaycanın FIFA referisi Kiyev "Dinamo"sunun oyununa təyinat alıb

Futbol
  • 26 sentyabr, 2019
  • 09:42
Azərbaycanın FIFA referisi Kiyev Dinamosunun oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Rauf Cabarov beynəlxalq təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasında “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyunununu idarədə edəcək. 

Cabbarova yan xətt hakimləri Akif Əmirəli və Namiq Hüseynov köməklik göstərəcək. 

Qeyd edək ki, oktyabrın 2-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.