Azərbaycanın FIFA referisi İspaniya klubunun Avropa Liqasındakı oyununa təyinat alıb
Futbol
- 21 oktyabr, 2025
- 09:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda keçiriləcək "Genk" (Belçika) - "Betis" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq.
E.Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Son xəbərlər
12:11
Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib
Maliyyə
12:11
Sabah Azərbaycanda hava yağışlı olacaq
Ekologiya
12:09
"Apple" Azərbaycan müəllimlərini sertifikatlaşdırılmış təlimçi kimi yetişdirəcək
İKT
12:04
Parlament telekommunikasiya xidmətlərinin keyfiyyət tələblərinin dəqiqləşdirilməsini I oxunuşda qəbul edib
Milli Məclis
12:03
MM məhkəmə aidiyyəti ilə əlaqədar iki məcəllədə dəyişiklik layihəsini I oxunuşda qəbul edib
Milli Məclis
11:56
Əcnəbi aqronom, bağçılıq üzrə mütəxəssis və baytarlara Azərbaycanda yaşamaq icazəsi I oxunuşda qəbul edilib
Milli Məclis
11:53
Azərbaycanın kredit ittifaqları 9 ayda 1,5 milyon manat zərər edib
Maliyyə
11:52
Azərbaycan millisi UEFA İnkişaf Turnirini qələbə ilə başa vurub
Futbol
11:52
Sabah Yardımlının 7 kəndində qaz olmayacaq
Energetika