Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

Futbol
  • 27 iyul, 2018
  • 11:20
Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” ilə II təsnifat mərhələsinin “Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Ə.Ağayev olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

44 filmi