Azərbaycanın FIFA referisi AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb
Futbol
- 14 noyabr, 2023
- 09:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.
36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.
Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya - Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son xəbərlər
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr