​Azərbaycanın FİFA referisi Çempionlar Liqası matçını idarə edib - VİDEO

Futbol
  • 14 iyul, 2015
  • 21:04
​Azərbaycanın FİFA referisi Çempionlar Liqası matçını idarə edib - VİDEO

Bakı. 15 İyul. REPORT.AZ/ Azərbaycanın FİFA referisi Əliyar Ağayev futbol üzrə Çempionlar Liqası II təsnifat mərhələsi çərçivəsində keçirilən APOEL (Kipr) - "Vardar" (Makedoniya) oyununu idarə edib.

"Report"un məlumatına görə, qolsuz bərabərliklə yekunlaşan matç Nikosiyada "GSP" stadionunda baş tutub.

Ə.Ağayevə Zeynal Zeynalov və Mübariz Haşımov kömək edib. Dördüncü hakim funksiyasını FIFA referisi Rəhim Həsənov yerinə yetirib.

​Azərbaycanın FİFA referisi Çempionlar Liqası matçını idarə edib - VİDEO

44 - Tezliklə