Azərbaycanın daha bir yığması Malta ilə qarşılaşacaq
- 16 mart, 2022
- 13:10
Yeniliklərdən dərhal xəbərdar olun!
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Malta ilə yoldaşlıq oyunları keçirəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş martın 23-də, növbəti matç isə bundan 5 gün sonra baş tutacaq. Hər iki qarşılaşma millinin 23 - 29 martda Maltadakı təlim-məşq toplanışı zamanı oynanılacaq.
Yığma hazırlıq prosesinə isə martın 21-də Bakıda start verəcək. 3 gün davam edəcək toplanışa 23 futbolçu dəvət olunub.
Qeyd edək ki, Azərbaycanın əsas millisi də Malta ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. Həmin görüş martın 25-də olacaq.
| 1 | Hüşənov Həbib | Qəbələ |
| 2 | Həşimov Səlim | Zirə |
| 3 | Məmmədzadə Sadiq | Səbail |
| 4 | Məmmədov Musa | Qarabağ |
| 5 | Hüseynov Hüseyn | Turan Tovuz |
| 6 | Ceyhun Bağırzadə | Neftçi |
| 7 | Qaraçayev Ayxan | İUGOEM |
| 8 | Tarverdiyev Əhməd | Sabah |
| 9 | İmaməliyevi Səbuhi | Neftçi |
| 10 | Rəhimov Allahverdi | Qəbələ |
| 11 | Arazlı Elgün | Qarabağ |
| 12 | Cəfərli İlkin | Qarabağ |
| 13 | Məmmədli Sadiq | İUGOEM |
| 14 | Bağırov Dinamin | Turan Tovuz |
| 15 | Mirzəyev Teymur | Sabah |
| 16 | Məmmədzadə Namiq | Sumqayıt |
| 17 | Həşumov Mehdi | Neftçi |
| 18 | Əhmədzadə Nihad | Sumqayıt |
| 19 | Məmmədov Murad | Neftçi |
| 20 | Ələkbərli Əşrəf | İUGOEM |
| 21 | Mikayılov Elton | Qarabağ |
| 22 | Osmanov Niyazı | Sabah |
| 23 | Şahhüseyni Fərid | Neftçi |