Azərbaycanın daha bir milli komandası Lüksemburqa rəqib oldu
Futbol
- 09 dekabr, 2020
- 09:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
"Report" xəbər verir ki, Samir Əliyevin baş məşqçilik etdiyi yığma Lüksemburq, Belçika və İspaniya ilə birlikdə 8-ci qrupda yer alıb.
Seçmə mərhələdə hər qrupdan iki komanda və yaxşı nəticəsi olan üçüncü yerin sahibi elit mərhələyə yüksələcək. Portuqaliya elit raunddan mübarizəyə qoşulacaq.
Ev sahibi Slovakiya birbaşa 2022-ci ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşmalar 30 avqust - 16 noyabrda olacaq.
Qeyd edək ki, Azərbaycanın əsas milli komandası dünya çempionatının seçmə mərhələsində, U-17 yığması isə Avropa çempionatının seçmə mərhələsində Lüksemburqa rəqib olub.
Son xəbərlər
09:40
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
Ekologiya09:36
Cəlilabadda ev yanıb
Hadisə09:36
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu saxlanılıb
Futbol09:21
UEFA Millətlər Liqası: Çexiya İngiltərəni, İspaniya Xorvatiyanı qəbul edəcək
Futbol09:15
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.09.2026)
Maliyyə09:10
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (29.09.2026)
Maliyyə09:01
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün Füzulidə start veriləcək
Fərdi08:50
Yaponiya Suriyanın bəzi şirkət və qurumlarına qarşı sanksiyaları ləğv edib
Digər ölkələr08:48