Azərbaycanın daha bir klubunun futbolçusu Bosniya və Herseqovina millisinə dəvət edilib

Futbol
  • 29 oktyabr, 2015
  • 09:07
Azərbaycanın daha bir klubunun futbolçusu Bosniya və Herseqovina millisinə dəvət edilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasına dəvət alıb. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 27 yaşlı hücumçu İrlandiya ilə AVRO-2016-nın "pley-off" matçlarına çağırılıb. 

Ondan noyabrın 9-da millinin düşərgəsində olması istənilib. Oyunlar isə noyabrın 13-də Zenitsada, noyabrın 16-da Dublində keçiriləcək. 

Qeyd edək ki, daha öncə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb. İrlandiya səddini aşa biləcəkləri təqdirdə, hər iki oyunçu AVRO-2016-nın final mərhələsində iştirak hüququna yiyələnəcək. 

44 filmi