Azərbaycanın amputant millisinin baş məşqçisi: "Oyunçularımız verilən tapşırıqlardan da artığını yerinə yetirdilər"
Futbol
- 19 oktyabr, 2025
- 18:29

Azərbaycanlı oyunçular verilən tapşırıqlardan da artığını yerinə yetiriblər.
"Report" xəbər verir ki, bunu Azərbaycanın amputant millisinin baş məşqçisi Ramil Həbibov deyib.
O, yığmanın Millətlər Liqasının C qrupunu üçüncü sırada başa vurmasını yüksək qiymətləndirib:
"Bu bizim ilk yarışımız idi. Elə oyunçular var idi ki, ilk dəfə meydana çıxırdılar. Son matçda kapitanımız Sənan Hacıyevin yoxluğu sözünü dedi. Deyə bilərəm ki, futbolçular verdiyimiz tapşırıqlardan da artığını etdilər. Komandanın heyətini bir qədər də gəncləşdirməyi düşünürük. Yığmanın qapısı hər kəsin üzünə açıqdır".
Qeyd edək ki, Azərbaycan seçməsi Millətlər Liqasında keçirdiyi son oyununda Ukraynaya 1:3 hesabı ilə uduzaraq qrupu üçüncü pillədə başa vurub.
Son xəbərlər
21:14
ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib - YENİLƏNİB-4
Digər ölkələr21:13
Türkiyədə avtobusun aşması nəticəsində bir nəfər ölüb, 32 nəfər yaralanıb
Region21:05
Gəncədə bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
Hadisə20:57
Foto
Sahibə Qafarova: İnanırıq ki, Yaxın Şərq Sülh Sammitinin nəticələri regiona davamlı sülh gətirəcək
Milli Məclis20:51
Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazanıb
Fərdi20:41
WP: Fransadakı siyasi xaos Aİ-nin təhlükəsizlik sahəsindəki təşəbbüslərini poza bilər
Digər ölkələr20:29
Premyer Liqa: VIII tura "Neftçi" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulub
Futbol20:15
Xaçmaz sakini güllələnib, şübhəli şəxs polisə təslim olub
Hadisə19:44