Azərbaycanın 2 klubu nigeriyalı hücumçuya təklif göndərib
Futbol
- 08 yanvar, 2021
- 17:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi Azərbaycanda daha iki klubun maraq dairəsinə düşüb.
Bu barədə "Report"a nigeriyalı hücumçunun özü məlumat verib.
Bir müddət öncə adı "Neftçi" ilə hallanan 29 yaşlı forvard bildirib ki, "Zirə" və "Keşlə" də onu heyətinə cəlb etmək istəyir: "İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçib-keçməyəcəyimi hələ bilmirəm. Çünki Azərbaycan və Türkiyədən təkliflərim var. "Neftçi" ilə yanaşı, "Zirə" və "Keşlə" də xidmətimdə maraqlıdır. Hazırda təklifləri götür-qoy edirəm".
Qeyd edək ki, 2019/2020 mövsümünü icarə əsasında "Hapoel"də keçirmiş Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.
Son xəbərlər
10:01
Bakıda Azərbaycan və İtaliya arasında axtarış-xilasetmə sahəsində ekspert görüşü keçirilib
Hərbi
09:56
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurub
Maliyyə
09:52
"Rabitəbank"ın balans kapitalı 7 % azalıb
Maliyyə
09:43
Foto
Regional Turizm Şuralarının iclasları keçirilib
Turizm
09:41
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
Energetika
09:39
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır
Futbol
09:35
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:34
IMF: Ticarətin şaxələndirilməsi Cənubi Qafqazda iqtisadi artımda mühüm əhəmiyyət daşıyır
Biznes
09:27
U-23 dünya çempionatı: Günay Qurbanova finala yüksəlib, Ruslan Nurullayev bürünc medal qazanıb
Fərdi