Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub

Futbol
  • 25 noyabr, 2016
  • 13:36
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub

Bakı. 25 noyabr. REPORT.AZ/ Təbriz Həsənov Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına baş məşqçi təyin olunub. 

Bu barədə "Report"a 49 yaşlı mütəxəssisin özü məlumat verib. 

T.Həsənov təyinatın hələ rəsmiləşmədiyini, amma yığmanın noyabrın 29-da Bakının Mərdəkan qəsəbəsindəki yığma komandaların məşq mərkəzində başlanacaq təlim-məşq toplanışına rəhbərliyin ona həvalə olunduğunu açıqlayıb: "Bir həftəlik hazırlıq prosesinə 1999-cu il təvəllüdlü futbolçular dəvət edilib. Həmin oyunçularla 3 ildir mən işləyirəm. İndi onlar U-19 komandasına keçib. Bu səbəbdən, yığma da mənə tapşırılıb".

Qeyd edək ki, yeni baş məşqçi təyinatının AFFA İcraiyyə Komitəsinin 2017-ci ilin martında keçiriləcək iclasında rəsmiləşəcəyi gözlənilir. Təbriz Həsənov bu vəzifədə Nazim Süleymanovu əvəzləyib.

44 filmi