Azərbaycan millisini İsveçlə səfər oyununda 200-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir

Futbol
  • 18 noyabr, 2024
  • 12:10
Azərbaycan millisini İsveçlə səfər oyununda 200-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir

Azərbaycan yığmasını UEFA Millətlər Liqasının VI turunda sabah baş tutacaq İsveçlə səfər oyununda 200-ə yaxın azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

“Təxminən 200 azarkeşin gəlməsi gözlənilir. Amma oyun saatına kimi bu say bir az arta bilər”, - deyə qurum rəsmisi söyləyib.

Qeyd edək ki, noyabrın 19-da "Stroberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

44 - Tezliklə