Azərbaycanda işləmiş Bülent Korkmaz "Antalyaspor"la yollarını ayırıb

Futbol
  • 08 sentyabr, 2026
  • 09:38
Azərbaycanda işləmiş Bülent Korkmaz Antalyasporla yollarını ayırıb

Türkiyənin "Antalyaspor" komandası baş məşqçisi Bülent Korkmazla yollarını ayırıb.

"Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

57 yaşlı mütəxəssislə 2026-cı ilin iyununda 1 illik müqavilə imzalamışdı. Komanda onun rəhbərliyi altında çempionatda 6 qarşılaşmada 2 dəfə qalib gəlib, 4 dəfə məğlubiyyətlə üzləşib.

Xatırladaq ki, Bülent Korkmaz 2009/2010 mövsümündə Azərbaycanda "Bakı" komandasının baş məşqçisi olub.