Azərbaycanda yeni futbol turniri təsis ediləcək

Futbol
  • 04 oktyabr, 2017
  • 17:25
Azərbaycanda yeni futbol turniri təsis ediləcək

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanda futbol üzrə yeni kubokun təsis edilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu jurnalistlərlə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Federasiya rəsmisi bildirib ki, yarışda Premyer Liqa və I Divizion klubları iştirak edə biləcəklər.

Hazırda Peşəkar Futbol Liqasının bayrağı altında 4 turnir keçirilir. Bunlar Premyer Liqa, Azərbaycan Kuboku, əvəzedicilərin çempionatı və I Diviziondur.

44 - Tezliklə