Azərbaycan yığmasının Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb
- 07 yanvar, 2017
- 08:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 yanvar. REPORT.AZ/ Yanvarın 8-də Rusiyanın Sankt-Peterburq şəhərində start götürəcək Valentin Qranatkinin xatirə turniri üçün Azərbaycanın 1999-cu il təvəllüdlü futbolçulardan ibarət yığma komandasının heyəti açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Təbriz Həsənov qonşu ölkəyə 20 futbolçu aparıb.
Onlardan 5-i legionerdir. Komandaya Bakı "İnter"indən 6, "Neftçi"dən 5, "Qəbələ"dən 3, "Sumqayıt"dan isə 1 futbolçu çağırılıb.
| SOYAD, AD | KLUB |
| İbrahimov Kamran | Neftçi |
| Daşdəmirov Rəhman | Neftçi |
| Əliyev İbrahim | Neftçi |
| Həziyev Bahadur | Neftçi |
| Mehdiyev Pilağa | Neftçi |
| Qayalı Murad | İnter |
| Həsənov Yusif | İnter |
| Qarayev Ricat | İnter |
| Muxtarlı Ceyhun | İnter |
| Qədirzadə İbrahim | İnter |
| Məhərrəmli Rafael | İnter |
| Əhmədov Süleyman | Sumqayıt |
| Popov Murad | Qəbələ |
| Sadıxov Əli | Qəbələ |
| Nəbiyev Fərid | Qəbələ |
| Seylığlı Hüseyin | Beşiktaş (Türkiyə) |
| Güler Metin | Beşiktaş (Türkiyə) |
| Karakaş İsmail | Trabzonspor (Türkiyə) |
| Öksüz Doğukan | Trabzonspor (Türkiyə) |
| Ekincier Barış | Rot-Weiss Essen (Almaniya) |
Qeyd edək ki, C qrupunda yer alan Azərbaycan yığması ilk görüşünü yanvarın 9-da Litvaya qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Yanvarın 11-də eyni saatda start götürəcək matçda rəqib Qazaxıstan olacaq. Yanvarın 13-də saat 15:15-də isə Təbriz Həsənovun komandası Slovakiya ilə üz-üzə gələcək. 4 qrupda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər. Sonrakı 2 pillənin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar.