Azərbaycan yığmasının sabiq futbolçusu Almaniyada "dubl" edib

Futbol
  • 22 fevral, 2016
  • 06:47
Azərbaycan yığmasının sabiq futbolçusu Almaniyada dubl edib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov Almaniyada fərqlənib. "Report"un məlumatına görə, Regional Liqa təmsilçisi “Germania Halberştadt”ın şərəfini qoruyan 25 yaşlı hücumçu son turda etdiyi dublla komandasına səfər qələbəsi qazandırıb - 2:1.

Şimal-şərq zonasında çıxış edən Dadaşovun komandası “Möselvits”in qonağı olub. Azərbaycan əsilli hücumçu oyunun 51 və 81-ci dəqiqələrində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.

44 - Tezliklə