Azərbaycan yığmasının Lixtenşteyn və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb

Futbol
  • 06 noyabr, 2019
  • 12:36
Azərbaycan yığmasının Lixtenşteyn və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Lixtenşteynlə Avropa çempionatının seçmə oyunu və Ukrayna ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç heyətə 25 oyunçu çağırıb. Onlardan 4-ü legionerdir.

№AD, SOYADKLUB
1Kamran İbrahimovNeftçi
2Oleq KarnauxSabah
3Nicat MehbaliyevSumqayıt
4Ömər BuludovNeftçi
5Amin SeydiyevQəbələ
6Turan ManafovSəbail
7Murad Qayalı Keşlə
8Nihad TamazovQarabağ
9Hüseyin SeyliğliDarica Genclerbirliyi (Türkiyə)
10Elçin MustafayevSabah
11Toral BayramovQarabağ
12Rafael MəhərrəmliZirə
13Hacıağa HacılıQarabağ
14Fərid NəbiyevSlaviya Praqa (Çexiya)
15Barış EkincierSK Austria Klagenfurt (Avstriya)
16Rövlan MuradovQəbələ
17Səbuhi AbdullazadəSumqayıt
18Tural BayramlıKeşlə
19Şakir SeyidovSabah
20İsmayıl İbrahimliQarabağ
21Elvin CəfərquliyevSumqayıt
22Ozan Can KökcüSabah
23Süleyman ƏhmədovSumqayıt
24Doğukan ÖksüzEyüpspor (Türkiyə)
25Musa QurbanlıQarabağ


Qeyd edək ki, milli komanda Lixtenşteynlə noyabrın 14-də Sumqayıtdakı “Kapital Bank Arena”da, Ukrayna ilə noyabrın 19-da “Dalğa Arena”da üz-üzə gələcək. Yığmanın toplanışı noyabrın 10-da başlanacaq.