Azərbaycan - Xorvatiya matçının biletləri satışa çıxarılıb
Futbol
- 03 avqust, 2015
- 10:11
Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycan və Xorvatiyanın futbol üzrə milli komandaları arasında sentyabrın 3-də keçiriləcək AVRO-2016-nın seçmə qrup matçının biletləri satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür.
Eyni zamanda, onlayn satışa da start verilib. Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatadır.
Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı saat 21:00-da başlanacaq.
Son xəbərlər
19:23
"Neftçi" Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb
Futbol19:07
Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib
Digər ölkələr19:01
ABŞ "LUKOIL"un xarici aktivlərinin satışı üçün lisenziyanı uzadıb
Digər ölkələr18:51
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
Digər ölkələr18:46
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar
Fərdi18:45
Foto
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət siyasəti18:39
Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq
Din18:36
Cəlilabadda suyun verilişi bərpa olunub
Hadisə18:29