Azərbaycan - Xorvatiya matçına satılan biletlərin sayı açıqlanıb

Futbol
  • 02 sentyabr, 2015
  • 10:48
Azərbaycan - Xorvatiya matçına satılan biletlərin sayı açıqlanıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan və Xorvatiyanın futbol üzrə milli komandaları arasında sentyabrın 3-də keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına indiyədək 8 000 bilet satılıb. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. 

Onun sözlərinə görə, oyun gününədək biletlərin tam alınacağı gözlənilir: "Qarşılaşmaya maraq böyükdür. Bu gedişlə yəqin ki, biletlərin hamısı alınacaq və anşlaq olacaq".   

Qeyd edək ki, "Bakcell Arena" 11 min tamaşaçı tutumuna malikdir. Azərbaycan - Xorvatiya matçı sabah saat 21:00-da başlanacaq. 

44 - Tezliklə