Azərbaycan UEFA reytinqində irəliləyib - FOTO
Futbol
- 09 noyabr, 2018
- 06:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
"Report"un məlumatına görə, aktivindəki xallarının sayını 19,000-ə çatdıraraq bir pillə irəliləyən Azərbaycan 26-cı pilləyə yüksəlib.
Bu, "Qarabağ"ın IV turda Ukraynada "Vorskla" üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.
Aktivinə 0,500 xal əlavə edən Azərbaycan 26-cı pillədə yer alsa da, daha yuxarı pilləyə də irəliləmək imkanına malikdir. 19,250 xalla 25-ci yerdə qərarlaşan Polşanın avrokuboklarda təmsilçisi qalmayıb.
Bu isə o deməkdir ki, "Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində növbəti xallarını qazana bilsə, bu ölkəni də geridə qoyacaq.
Son xəbərlər
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region
23:33
SEPAH: Qeşm adasında ABŞ PUA-sı ələ keçirilib
Region
23:21
Pakistanda avtobusla yük maşını toqquşub, azı 11 nəfər ölüb
Digər ölkələr