Sərxan Hacıyev: "Premyer Liqada 10 komanda olacaq, Elmar Məmmədyarov yanlış anlayıb" - YENİLƏNİB

Futbol
  • 16 iyun, 2023
  • 09:47
Sərxan Hacıyev: Premyer Liqada 10 komanda olacaq, Elmar Məmmədyarov yanlış anlayıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

Bu barədə "Report"a AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

O, komanda sayının dəyişdirilməyəcəyini söyləyib: "Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi Premyer Liqada sonuncu yerin sahibi olan "Şamaxı" çempionatı tərk edəcək və I Divizionun qalibi olmuş "Araz Naxçıvan" elitaya yüksələcək".

13:20

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 12 komanda mübarizə aparacaq.

Bu barədə "Report"a AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov məlumat verib.

O, "Zaqatala" və "Araz Naxçıvan"ın elitada çıxış edəcəyini söyləyib.

Məmmədyarov I Divizionda 10, II Divizionda 12 komandanın yer alacağını söyləyib.