Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub

Futbol
  • 28 aprel, 2025
  • 21:56
Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub

Misli Premyer Liqasında XXXII tura yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş heç-heçə nəticələnib - 2:2.

Meydan sahiblərindən Bobir Abdixolikov (21) və Ronaldo Vaskes (52) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60) və Andrey Ştoqrin (87) rəqib qapısından keçirib.

Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. Xallarının sayını 36-ya yüksəldən “Neftçi” isə altıncı pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.

44 filmi