Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək

Futbol
  • 02 aprel, 2017
  • 04:30
Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, həftənin bütün matçları eyni gündə baş tutacaq.

İlk görüş Sumqayıtda, şəhərin eyni adlı təmsilçisi ilə “Neftçi” arasında olacaq. Meydan sahibləri avrokuboka vəsiqə verən 4-cü yeri iddiasını davam etdirmək üçün “ağ-qaralar”ı məğlub etməlidir. Rəqibini ilk iki dövrədə üstələyən meydan sahibi bunu bacaracağı təqdirdə, qonaqların durumu çətinləşəcək.

Günün ikinci oyununda AZAL-ın elita ilə vidalaşması rəsmiləşə bilər. Cari mövsümdə keçirdiyi 23 oyundan yalnız birində qalib gələn Şüvəlan təmsilçisi “İnter”i məğlub edə bilməyəcəyi halda I diviziona düşəcək.

Çempionluğa namizəd “Qarabağ”la “Qəbələ”nin matçları eyni saatda 18:30-da başlayacaq. Böyük ehtimalla, Azərbaycan kubokunun finalında da üz-üzə gələcək kollektivlər növbəti oyunlarını evdə keçirəcəklər. “Qarabağ” “Kəpəz”i, “Qəbələ” isə “Zirə”ni qonaq edəcək.

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

16:30 “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Şaiq Həmidov

“Kapital Bank Arena” (“CBC Sport”/canlı)

İlk üç dövrə - 2:1, 2:0, 0:1

17:00. “İnter” – AZAL

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

Bakı. “İnter Arena”

İlk üç dövrə - 3:1, 3:0, 1:0

18:30 “Qarabağ” – “Kəpəz”

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika stadionu

İlk üç dövrə - 1:1, 1:0, 1:0

18:30 “Qəbələ” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

İlk üç dövrə - 2:0, 1:0, 2:2

44 filmi