Azərbaycan Premyer Liqasında XXII turun proqramı müəyyənləşib

Futbol
  • 07 mart, 2017
  • 07:52
Azərbaycan Premyer Liqasında XXII turun proqramı müəyyənləşib

Bakı. 7 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, tura martın 13-də Gəncədə "Kəpəz"lə "Zirə" arasındakı qarşılaşma ilə start veriləcək.

Turun mərkəzi və son matçı - "Neftçi" və "Qəbələ" komandalarının üz-üzə gələcəyi görüş isə ertəsi gün olacaq.

Azərbaycan Premyer Liqası, XXII tur

13 mart (bazar ertəsi)

15:00. “Kəpəz” – “Zirə”

Gəncə şəhər stadionu

18:00. “İnter” – “Sumqayıt”

“İnter Arena”

14 mart (çərşənbə axşamı)

18:00. “Qarabağ” – AZAL

“Azersun Arena”

20:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”

Qeyd edək ki, iki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

44 filmi