Azərbaycan Premyer Liqasında XXI turun proqramı açıqlanıb

Futbol
  • 01 mart, 2017
  • 10:07
Azərbaycan Premyer Liqasında XXI turun proqramı açıqlanıb

Bakı. 1 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. 

"Report"un məlumatına görə, "İnter"lə "Qəbələ" arasında keçiriləcək turun mərkəzi görüşü martın 4-də saat 20:00-da başlayacaq. 

Tura isə həmin gün Sumqayıtda eyniadlı komandanın "Qarabağ"a qarşı görüşü ilə start veriləcək. Ertəsi gün "Kəpəz" autsayder AZAL-ı, "Neftçi" isə "Zirə"ni qəbul edəcək 

4 mart (şənbə)

16:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

20:00. “İnter” – “Qəbələ”

“İnter Arena”

5 mart (bazar)

15:00. “Kəpəz” – AZAL

Gəncə şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”

“Bakcell Arena”

İki günü əhatə edəcək turun görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.