Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb

Futbol
  • 10 fevral, 2017
  • 08:40
Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli açıqlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli müəyyənləşib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi xəbərə görə, matçlar 2 günü əhatə edəcək.

Tura fevralın 12-də Gəncədə "Kəpəz" və çempionatın lideri "Qarabağ" arasındakı görüşlə start veriləcək. Həmin gün "Qəbələ" "Zirə"nin qonağı olacaq. Son iki qarşılaşma isə ertəsi gün Bakıda keçiriləcək. 

Azərbaycan Premyer Liqası, XVIII tur

12 fevral (bazar)

14:30. “Kəpəz” – “Qarabağ”

Gəncə şəhər stadionu

16:30. “Zirə” - “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu

13 fevral (bazar ertəsi)

15:00. AZAL – “İnter”

“AZAL Arena”

17:30. “Neftçi” – “Sumqayıt”

“Bakcell Arena”