Azərbaycan Premyer Liqasında XVII turun proqramı açıqlanıb

Futbol
  • 06 fevral, 2017
  • 08:10
Azərbaycan Premyer Liqasında XVII turun proqramı açıqlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun oyun cədvəli açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşıdakı turda turnir cədvəlinin ilk 3 pilləsindəki komandalar ev oyununa çıxacaqlar.

İlk oyun gününün açılış matçında "Qəbələ" AZAL-ı, "Qarabağ" "Zirə"ni qəbul edəcək. "İnter" "Neftçi"ni turun ikinci oyun gününün son qarşılaşmasında sınağa çəkəcək. Daha bir matç isə "Sumqayıt"la "Kəpəz" arasında olacaq.

8 fevral (çərşənbə)

15:00. “Qəbələ” – AZAL

Qəbələ şəhər stadionu

17:30. “Qarabağ” – “Zirə”

Bakı, “Azersun Arena”

9 fevral (cümə axşamı)

15:00. “Sumqayıt” – “Kəpəz”

Sumqayıt, “Kapital Bank Arena”

17:30. “İnter” – “Neftçi”

Bakı, “İnter Arena”

Qeyd edək ki, turun bütün oyunları “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.