Azərbaycan Premyer Liqasında XV turun proqramı müəyyənləşib - ƏLAVƏ OLUNUB

Futbol
  • 06 fevral, 2018
  • 09:11
Azərbaycan Premyer Liqasında XV turun proqramı müəyyənləşib - ƏLAVƏ OLUNUB

Bakı. 6 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun proqramı müəyyənləşib. "Report"un əldə etdiyi məlumata görə, qış fasiləsindən sonra ilk turun açılış oyunu fevralın 10-da saat 16:00-da olacaq.

Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda ilə "Sumqayıt" üz-üzə gələcək. Saat 19:00-da turun mərkəzi görüşündə "Qarabağ" və "Qəbələ" komandaları qarşılaşacaq. Qarşılaşma "Azərsun Arena"da təşkil ediləcək.

Daha 2 oyun ertəsi gün nəzərdə tutulub. Fevralın 11-də saat 15:00-da "İnter Arena"da "Keşlə" - "Səbail" matçı start götürəcək. Turun son oyunu isə saat 17:30-da "Bakcell Arena"da "Neftçi" ilə "Kəpəz" arasında keçiriləcək. 

Qeyd edək ki, məlummatı Peşəkar Futbol Liqası da təsdiqləyib.