Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb

Futbol
  • 14 noyabr, 2017
  • 07:19
Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həftənin matçları 3 gün davam edəcək.

Turun açılış görüşü Bakı Olimpiya Stadionuda “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq. Mərkəzi qarşılaşma sayılan “Neftçi” – “Qəbələ” dueli isə son oyun günüdə baş tutacaq.

Bütün görüşlər “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XII tur

17 noyabr (cümə)

18:30. “Qarabağ” – “Sumqayıt”

Bakı Olimpiya Stadionu

18 noyabr (şənbə)

13:00. “Keşlə” – “Zirə”

“İnter Arena”

15:00. “Kəpəz” – “Səbail”

Gəncə şəhər stadionu

19 noyabr (bazar)

17:00. “Neftçi” – “Qəbələ”

“Bakcell Arena”