Azərbaycan Premyer Liqasında V turun ən yaxşı oyunçusu açıqlanıb

Futbol
  • 26 sentyabr, 2018
  • 12:10
Azərbaycan Premyer Liqasında V turun ən yaxşı oyunçusu açıqlanıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının V turunun rəmzi komandası və ən yaxşı oyunçusu açıqlanıb.

"Report" xəbər verir ki, rəmzi komandada "Qarabağ"dan 6, "Neftçi" və "Səbail"dən 2, "Sabah"dan isə 1 futbolçu yer alıb.

Qapıçı: Saşa Stamenkoviç (“Sabah”)

Müdafiəçilər: Şəhriyar Rəhimov (“Səbail”), Anton Krivotsyuk (“Neftçi”) - 3, Yakub Jezniçak ("Qarabağ”) - 2, Abbas Hüseynov ("Qarabağ") - 2

Yarımmüdafiəçilər: Abdulla Zubir (“Qarabağ”), Miçel (“Qarabağ”), Rahid Əmirquliyev (“Səbail”), Con Delarj (“Qarabağ”)

Hücumçular: Mirabdulla Abbasov ("Neftçi") - 2, Araz Abdullayev (“Qarabağ”)

Turun ən yaxşı oyunçusu isə "Qəbələ" ilə görüşdə (4:1) dubl edən Zubir olub.

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. Rəmzi komanda “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.