Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub

Futbol
  • 13 fevral, 2017
  • 15:29
Azərbaycan Premyer Liqasında növbəti tura minimal hesablı qələbələrlə yekun vurulub

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün keçirilən 2 oyunla futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII tura yekun vurulub. "Report"un məlumatına görə, AZAL "İnter"i, "Neftçi" isə "Sumqayıt"ı qəbul edib.

İlk 2 dövrədə "təyyarəçilər"i 3:1 və 3:0 hesabı ilə məğlub edən "İnter" bu dəfə rəqibini çətinliklə üstələyib. Qonaqlar kapitan Nizami Hacıyevin gözəl qolu ilə 3 xal qazanıblar. Bu qalibiyyətdən sonra Zaur Svanadzenin baş məşqçisi olduğu kollektiv xallarını 32-yə çatdırıb. Lakin komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "İnter" 3-cü, AZAL isə sonuncu - 8-ci pillədədir.

Turun son oyunu "Bakcell Arena"da "Neftçi" ilə "Sumqayıt" arasında keçirilib. "Sumqayıt" ilk 2 dövrədə rəqibini 2:1 və 2:0 hesabı ilə məğlub etdiyindən, qarşılaşma gərgin mübarizə vəd edirdi. Qarlı hava şəraitində xeyli sayda real qol vəziyyətləri yaradan "Neftçi" 86-cı dəqiqədə arzusuna çatıb. Hüqo Barqas komandasına 3 xal qazandıran qola imza atıb.

Bu qələbədən sonra xalını 16-ya çatdıran "Neftçi" 1 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. "Sumqayıt" isə 22 xalla 4-cüdür.

Azərbaycan Premyer Liqası, XVIII tur

13 fevral (bazar ertəsi)

15:00 AZAL – “İnter” 0:1

Qol: Nizami Hacıyev, 84

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Məlik Həsənov

“AZAL Arena”

İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3

17:30 “Neftçi” – “Sumqayıt” 1:0

Qol: Huqo Barqas, 86

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Şahin Cəfərov

“Bakcell Arena”

İlk 2 dövrədəki oyunlar: 1:2, 0:2

OQHMT-FX
1Qarabağ18133232-842
2Qəbələ18116136-1039
3İnter1888229-1832
4Sumqayıt1857619-2322
5Zirə1864816-2022
6Neftçi18511214-3316
7Kəpəz1836912-2215
8AZAL1815128-328


Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 10 qol Baqali Dabo ("Qəbələ") - 7 qol.

44 filmi