Azərbaycan Premyer Liqasında həftənin ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb

Futbol
  • 10 may, 2019
  • 14:25
Azərbaycan Premyer Liqasında həftənin ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun rəmzi komandası açıqlanıb. 

"Report" xəbər verir ki, InStat şirkətinin təhlili əsasında "11-liy"də "Qarabağ"dan 6, "Neftçi" və "Zirə"dən iki, "Sumqayıtdan isə bir futbolçu yer alıb. 

Turun ən yaxşı futbolçusu isə "Qarabağ"dan Mahir Mədətov seçilib. 

Qapıçı: Vaqner Da Silva (“Qarabağ”)-4

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-8, Mamadu Mbodj (“Neftçi”)-3, Bədavi Hüseynov (“Qarabağ”)-8, Maksim Medvedev (“Qarabağ”)-5

Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-6, Markos Madera (“Qarabağ”)-8, Əmir Ağayev (“Sumqayıt”)-2, Mfo Kqasvane (“Zirə”)-2

Hücumçular: Xulio Sezar Rodriqez (“Zirə”)-3, Mahir Mədətov (“Qarabağ”)-10,

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

44 - Tezliklə