Azərbaycan Premyer Liqasında güc bölgüsü: "Qarabağ" evdə, "Sabah" səfərdə liderdir - ARAŞDIRMA
- 05 yanvar, 2026
- 11:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının ilk yarısında evdə və səfərdə ən çox xal toplayan komandalar bəlli olub.
"Report"un araşdırmasına görə, doğma meydanda qazanılan xallara görə "Qarabağ" liderdir.
Ağdam təmsilçisi 9 oyunda hesabına 20 xal yazdırıb. "Zirə" (9 oyun), "Sabah" və "Araz-Naxçıvan" (hər ikisi 8 oyun) 17 xalla növbəti sıralarda yer alıblar.
"Sumqayıt" (9 oyun) 13 xalla beşinci olubsa, "Turan Tovuz" və "Şamaxı" (hər ikisi 7 oyun, 10 xal) 6-7-ci yerləri bölüşdürüblər. Evdəki 8 qarşılaşmada 8 xal qazanan "Neftçi" 8-ci pillədə qərarlaşıb. "Qəbələ" 6 xalla 9-cu, "İmişli" 4 xalla 10-cu, "Kəpəz" 3 xalla (hamısı 7 oyun) 11-ci olub. Çempionatın autsayderi "Karvan-Yevlax" 1 xalla sonuncudur.
Səfərdə əldə olunan xallara görə "Sabah" birincidir. Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv 8 görüşdə 20 xal toplayıb. "Turan Tovuz" (8 oyun) 17 xalla 2-ci, "Qarabağ" (7 oyun) 16 xalla 3-cü sırada yer alıb.
"Sumqayıt" (7 oyun) 14 xalla 4-cü, "İmişli" (9 oyun) 13 xalla 5-ci, "Neftçi" (8 oyun) 12 xalla 6-cı, "Zirə" (7 oyun) 11 xalla 7-ci, "Şamaxı" (9 oyun) 10 xalla 8-ci, "Araz-Naxçıvan" (8 oyun) 9 xalla 9-cu, "Kəpəz" (9 oyun) 6 xalla 10-cu, "Karvan-Yevlax" (7 oyun) 5 xalla 11-ci, "Qəbələ" (8 oyun) 2 xalla 12-ci pillədədir.
Qeyd edək ki, 16 turdan sonra "Sabah" 37 xalla turnir cədvəlinə başçılıq edir. "Qarabağ" 36 xalla ikinci, "Zirə" 28 xalla üçüncüdür. Növbəti sıralarda "Turan Tovuz", "Sumqayıt" (hər ikisi 27), "Araz-Naxçıvan" (26), "Neftçi" (20), "Şamaxı" (20), "İmişli" (17), "Kəpəz" (9), "Qəbələ" (8) və "Karvan-Yevlax" (6) qərarlaşıb.
XIV turun "Qəbələ" - "Turan Tovuz" qarşılaşması duman səbəbindən təxirə salınıb.