Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
  • 28 noyabr, 2016
  • 05:21
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün yeganə oyunu Zirədə keçiriləcək.

Zirənin eyniadlı komandası "İnter"i sınağa çəkəcək. "Bankirlər" qələbə qazanacağı təqdirdə 3-cü pillədəki mövqeyini möhkəmləndirəcək. "Zirə" isə ev oyunundan 3 xalla ayrılacağı təqdirdə 4-cü pilləyə yüksələcək. Komandalar bu günədək 5 oyunda qüvvəsini sınayıb. Hərəyə bir dəfə qələbə qazanan tərəflər 3 dəfə meydanı sülhlə tərk edib. Cütlüyün qarşılaşmasında meydan sahibi komanda heç vaxt uduzmayıb. "İnter" 3 oyundur meydanı qolsuz tərk etmir.

Azərbaycan Premyer Liqası, XIII tur

28 noyabr

17:00. "Zirə" - "İnter"

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, tura sabah keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

44 - Tezliklə