Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək
Futbol
- 25 aprel, 2026
- 09:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında bu gün XXIX tura start veriləcək.
"Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə "İmişli" "Sumqayıt"la üz-üzə gələcək. Elçin Məsiyevin idarə edəcəyi görüş, Quba Olimpiya İdman Kompleksində, saat 16:00-da start götürəcək.
"Sumqayıt" hazırda 35 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 9-cu yerdə olan "İmişli"nin isə 29 xalı var.
Günün son matçı Qəbələdə keçiriləcək. "Qəbələ" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Saat 18:30-da start götürəcək qarşılaşmanın baş hakimi Kamal Umudlu olacaq.
39 xala malik "Araz-Naxçıvan" 6-cı yerdə qərarlaşıb. "Qəbələ" 19 xalla 11-cidir.
Qeyd edək ki, XXIX tura aprelin 27-də yekun vurulacaq.
Son xəbərlər
17:35
Çin XİN: Şimali Koreya ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq
Digər ölkələr
17:33
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
17:33
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Fərdi
17:33
Almaniya 9 ayda Azərbaycandan 600 min tondan çox neft alıb
Energetika
17:24
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə
17:23
"Barselona"nın futbolçusu Xavi Espart Bakıda "Sabah"la oyunu buraxacaq
Futbol
17:18
Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər
Qarabağ
17:18
Foto
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib
Maliyyə
17:15
Foto
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib
İncəsənət