Azərbaycan Premyer Liqası: XV turda daha iki görüş baş tutacaq
- 14 dekabr, 2025
- 09:03
Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.
"Report"un məlumatına görə, əvvəlcə "Kəpəz" Yevlax şəhər stadionunda "Qəbələ"ni qəbul edəcək.
Rəvan Həmzəzadənin idarə edəcəyi görüş 14:00-da start götürəcək. "Qəbələ" hazırda turnir cədvəlində 8 xalla 10-cu pillədə qərarlaşıb. 6 xala malik Gəncə təmsilçisi isə 11-cidir.
Günün sonuncu görüşü "Azərsun Arena"da keçiriləcək. "Qarabağ" evdə "Araz-Naxçıvan"la üz-üzə gələcək. Rəşad Əhmədovun baş hakimi olacağı matç 17:30-da başlayacaq. "Qarabağ" 30 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alıb. "Araz-Naxçıvan" isə 23 xalla 6-cıdır.
Misli Premyer Liqası
II dövrə, XV tur
14 dekabr
14:00. "Kəpəz" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu
17:30. "Qarabağ" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Azərsun Arena"
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" isə "Turan Tovuz"u (3:1) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.