Azərbaycan Premyer Liqası: V tur bir oyunla başlayır

Futbol
  • 02 oktyabr, 2020
  • 03:30
Azərbaycan Premyer Liqası: V tur bir oyunla başlayır

Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

"Report"un məlumatına görə, açılış matçında "Sabah" və "Keşlə" komandaları üz-üzə gələcəklər. Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək görüş saat 15:30-da başlayacaq.

4 turdan sonra "Sabah" 6 xalla 4-cü pillədə qərarlaşıb. 1 xal az toplayan "Keşlə" isə "Qarabağ"la birlikdə 5-6-cı yerləri bölüşür.

Bu, komandaların ölkə çempionatında 7-cı dueli olacaq. İndiyədək keçirilmiş matçlarda meydan sahibləri 1, qonaqlar 3 qələbə qazanıblar. 2 oyunda isə qalib müəyyənləşməyib. Vurulan topların nisbəti də Yunis Hüseynovun başçılıq etdiyi kollektivin xeyirinədir - 8:4.

“Keşlə” son 5 oyunda meydanı qolsuz və xalsız tərk etməyib. “Sabah” isə evdə qalib gəlməyib.

2 oktyabr

Azərbaycan Premyer Liqası, V tur

15:30. "Sabah" - "Keşlə"
Hakimlər:
Vüqar Həsənli, Elşad Abdullayev, Rahil Ramazanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena"

Qeyd edək ki, V turun "Qəbələ" - "Sumqayıt" və "Zirə" - "Neftçi" matçları oktyabrın 3-də keçiriləcək. "Qarabağ" - "Səbail" oyunu isə təxirə salınıb.

44 - Tezliklə