Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib

Futbol
  • 19 aprel, 2026
  • 22:19
Azərbaycan Premyer Liqası: Sumqayıt və İmişli turun son günündə qalib gəlib

Misli Premyer Liqasında XXVIII tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyun günündə iki qarşılaşma baş tutub.

"İmişli" Yevlaxda "Kəpəz"i üstələyib. Yeganə qolu 38-ci dəqiqədə İmişli təmsilçisinin müdafiəçisi Azər Salahlı vurub. Bu nəticədən sonra "İmişli" 29 xalla 9-cu pillədə qərarlaşıb. "Kəpəz" isə 21 xalla 10-cudur.

Turun son matçında "Sumqayıt" evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib. Sumqayıt təmsilçisinin heyətində 19-cu dəqiqədə Höccət Haqverdi fərqlənib. Bu nəticədən sonra "Sumqayıt" 35 xalla 7-ci yerdədir. 19 xala malik Qəbələ təmsilçisi isə 11-ci pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0), "Sabah" "Qarabağ"ı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.