Azərbaycan Premyer Liqası: "Qarabağ" "Araz-Naxçıvan"ı məğlub edib

Futbol
  • 14 dekabr, 2025
  • 19:25
Azərbaycan Premyer Liqası: Qarabağ Araz-Naxçıvanı məğlub edib

Misli Premyer Liqasının XV turunda "Qarabağ" evdə "Araz-Naxçıvan"ı məğlub edib.

"Report" xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Toral Bayramov (30, 90+5-p.), Nəriman Axundzadə (41), Joni Montiel (57-p.) və Leandro Andrade (72) fərqləniblər.

Naxçıvan komandasında isə Ramon Maçado (76-p.) rəqib qapısına yol tapıb.

Bu nəticədən sonra "Qarabağ 33 xalla turnir cədvəlinə liderlik edir. 23 xala malik "Araz-Naxçıvan" isə 6-cı yerdədir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Şamaxı" "Zirə"ni (2:1), "Sabah" "Turan Tovuz"u (3:1), "Kəpəz" isə "Qəbələ"ni (1:0) məğlub edib. Tura dekabrın 15-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti