Azərbaycan Premyer Liqası: Hər oyunda 1 008 tamaşaçı
Futbol
- 26 mart, 2020
- 20:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib.
"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalarda orta göstərici 1 008-ə bərabər olub. Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidir. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dır. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.
Qeyd edək ki, ən çox tamaşaçı IV turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7 000. III turun “Qəbələ” – “Keşlə” (0:4), X turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.
| sıra N-si | komandalar | ev oyunlarındakı tamaşaçı sayı (cəmi) | ev oyunlarının sayı | hər ev oyununda orta hesabla tamaşaçı sayı |
| 1 | Qarabağ | 16600 | 10 | 1660 |
| 2 | Sabah | 11950 | 9 | 1328 |
| 3 | Neftçi | 14000 | 11 | 1273 |
| 4 | Sumqayıt | 11500 | 10 | 1150 |
| 5 | Keşlə | 8400 | 10 | 840 |
| 6 | Zirə | 7400 | 10 | 740 |
| 7 | Səbail | 6750 | 10 | 675 |
| 8 | Qəbələ | 4030 | 10 | 403 |
| Cəmi tamaşaçı / oyun / orta hesabla | 80630 | 80 | 1008 |
Son xəbərlər
10:34
"Anglo Asian Mining" III rübdə mis istehsalını 2 dəfədən çox artırıb
Sənaye
10:31
Nazir müavini: "Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb"
ASK
10:30
Foto
Video
Başlıq: "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər
Biznes
10:29
"Anglo Asian Mining" Azərbaycanda gümüş istehsalını təxminən 30 % artırıb
Sənaye
10:28
Azərbaycanda 9 ayda hasil edilən qazın həcmi açıqlanıb
Energetika
10:27
Pakistanda məktəbin damının uçması nəticəsində 17 şagird ölüb
Digər ölkələr
10:24
Azərbaycanda 9 ayda 20 milyon tona yaxın neft hasil edilib
Energetika
10:22
Rusiya İranda Rəşt-Astara dəmir yolunun inşasına gələn il başlamağı planlaşdırır
İnfrastruktur
10:22
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Daxili siyasət