Azərbaycan Premyer Liqası dünya reytinqində irəliləyib

Futbol
  • 19 yanvar, 2023
  • 07:11
Azərbaycan Premyer Liqası dünya reytinqində irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb.

“Report” IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 80 liqanın olduğu siyahıda Azərbaycan Premyer Liqası 41-ci pillədə yer alıb.

Aktivində 349,25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Siyahıya Braziliya A seriyası başçılıq edir. Cənubi Amerika ölkəsinin yüksək liqası 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967,5) sırada qərarlaşıb.

44 - Tezliklə