Azərbaycan Premyer Liqası: Açılış oyununda qalib müəyyənləşməyib
Futbol
- 12 may, 2023
- 16:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında XXXIV tura start verilib.
"Report"un məlumatına görə, açılış oyununda "Zirə" "Kəpəz"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 1:1.
Hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə qonaqlar açıblar. Gəncə təmsilçisindən Yeqor Xvalko fərqlənib. "Qartallar"ın heyətində isə 51-ci dəqiqədə Toni Qomes adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarını 46-ya çatdıran "Zirə" 5-ci pillədə qalıb. 30 xalı olan "Kəpəz" isə 7-cidir.
Qeyd edək ki, turun "Qəbələ" - "Turan Tovuz" və "Səbail" - "Qarabağ" oyunları mayın 13-də, "Neftçi" - "Şamaxı" matçı mayın 14-də, "Sumqayıt" - "Sabah" qarşılaşması isə mayın 17-də keçiriləcək.
Son xəbərlər
22:55
Ronaldu Portuqaliya millisinin Millətlər Liqası oyunları üçün ilkin heyətinə çağırılıb
Futbol
22:47
UKMTO: Fars körfəzində bir tankerin yandığı barədə məlumat daxil olub
Digər ölkələr
22:40
"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya olunub
Futbol
22:36
Foto
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Daxili siyasət
22:34
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region
22:21
Türkiyədə turistləri daşıyan mikroavtobus aşıb, 15 nəfər yaralanıb
Region
22:15
Kobud müdaxilə, ikili standart: İranın elm nazirinin azərbaycanlı qızlara dəvətinin arxasında nə dayanır?
Analitika
22:11
Foto
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub
Daxili siyasət
22:03
Əlcəzair Prezidenti Nigerə hərbi kontingentin göndərilməsini təsdiqləyib
Digər ölkələr