Azərbaycan - Moldova matçının hakimləri açıqlanıb

Futbol
  • 16 noyabr, 2015
  • 09:05
Azərbaycan - Moldova matçının hakimləri açıqlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq oyununun hakimləri müəyyənləşib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın əsas və yan xətt hakimləri Gürcüstandan olacaq. 

Baş hakim: Laşa Silaqava (Gürcüstan)

Baş hakimin köməkçiləri: Zaza Pipiya, David Çiqoqidze (hər ikisi - Gürcüstan)

Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 21:00-da başlanacaq.