"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb

Futbol
  • 16 noyabr, 2016
  • 11:28
Bursasporda çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz bundan sonra Türkiyədə legioner statusu ilə çıxış edəcək.

"Report"un məlumatına görə, səbəb 28 yaşlı hücumçunun Azərbaycan millisində forma geyinməsidir.

Bu qərar D.Yılmazın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə səfər matçında meydana çıxmasından sonra verilib. O, 46-cı dəqiqədə Ramil Şeydayevin yerinə meydana daxil olub. Təcübəli forvardın legioner sayılmasından sonra Bursa təmsilçisinin heyətindəki əcnəbi futbolçuların sayı 9-a çatıb.

Qeyd edək ki, Almaniyada doğulan Deniz Yılmaz Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.