Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinə AFFA-da vəzifə verilib

Futbol
  • 15 iyul, 2025
  • 12:56
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisinə AFFA-da vəzifə verilib
Bəxtiyar Musayev

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış veteran futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, B.Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

44 - Tezliklə