Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik olub

Futbol
  • 05 sentyabr, 2018
  • 09:23
Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik olub

Bakı. 5 sentyabr. REPORT.AZ/ UEFA Millətlər Liqasında ilk oyununu Azərbacyan millisinə qarşı keçirəcək Kosovo yığmasının heyətində dəyişiklik olub.

"Report" Kosovo Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiyanın "Hayduk" (Split) klubunda çıxış edən Ardian İsmayli komandanın düşərgəsindən ayrılaraq U-21 millisinin heyətinə cəlb olunub. Onun əvəzinə Danimarkanın "Bröndbü" klubundan Besar Halimi kollektivə qoşulub.

Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlayacaq. Kosovonun U-21 millisi də Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın rəqiblərindən biridir.