Azərbaycan millisinin müdafiəçisi heyətdən çıxarılıb
Futbol
- 04 sentyabr, 2019
- 10:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan milli komandası AVRO-2020-nin seçmə qrup matçı ilə əlaqədar Uelsə edəcəyi səfər öncəsi futbolçu itkisi ilə üzləşib.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmaya "Qarabağ" klubundan dəvət almış müdafiəçi Rahil Məmmədov zədələnib. Məmmədov bu gün səhər məşqi zamanı köhnə zədəsini yeniləyib. Millinin həkiminin rəyinə və baş məşqçi Nikola Yurçeviçin qərarına əsasən, o, heyətdən çıxarılıb.
Qeyd edək ki, Uelslə qarşılaşma sentyabrın 6-da Kardiff şəhərində keçiriləcək. Azərbaycan millisi səfərə bu gün çıxacaq.
Son xəbərlər
09:05
SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
Energetika
08:49
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Digər ölkələr
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr